- Baxış sayı: 19
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 139
- Noyabr 28, 2024
- 0
“Palmali” şirkətlər qrupunun rəhbəri və “Xəzər Lənkəran” futbol klubunun Mübariz Mənsimov sosial hesabında açıqlama verib. Allsport.az xəbər verir ki, ötən ilin martında FETÖ işi üzrə aparılan istintaq çərçivəsində həbs olunan həmyerlimiz, şərti azadlığa buraxılması barədə bunu yazıb:
“Azadam! Şərti olsa da, azadlıqdayam. İlk gündən deyirdim ki, günahsızam. Dayanmadan təkrarlayırdım ki, terrorçu deyiləm, olmamışam və heç vaxt olmayacam. Hər zaman sözümlə və əməlimlə dövlətimin yanında olmuşam və bundan sonra da olacam. Heç kim və heç nə məni bu yoldan döndərmək gücündə deyil. Bu günə qədər dəstək məktubları, zəngləri, mesajları, ən kiçik işi ilə belə yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm.
Analar, bacılar, qardaşlar dostlarım! Hər birinizi bir daha tanıdım, hər birinizin süvgisini gördüm və hiss etdim. Əlbəttə, çox çətin və çox yorucu bir dövr yaşadıq. Gah sevindik, gah da kədərləndik. Gərgin anlarımız da oldu. Amma təki bütün çətinliklərin sonu gözəl olsun, İnşallah. Haqq qazansın, şər-böhtan deyil. Satqınları və xəyanətkarları isə Allaha tapşırıram. Dualarınız bizimlə olsun!
Atam və anam üçün çox darıxmışdım. Ailəm, övladlarım üçün çox darıxmışdım. “Palmali” ailəsi üçün çox darıxmışdım. Ayrıca 350 gün yanımdan 1 gün də ayrılmayan mənə inananlara, xüsusilə haqqımı savunan vəkillərimə təşəkkürümü bildirirəm. Mənə inandınız, məni qorudunuz, 350 gün sirdaşım oldunuz”.