- Baxış sayı: 16
- 29 Noyabr 2024 19:23
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs edilən “Palmali” şirkətlər qrupunun sahibi, “Xəzər Lənkəran”ın sabiq prezidenti Mübariz Mənsimovun səhhəti pisləşib. Allsport.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Fidan Əliyeva məlumat yayıb.
O bildirib ki, Mənsimov ciddi əməliyyatdan sonra həbs edildiyi üçün həbsxanada qaldığı müddətdə yarası iltihablanıb və bədənində şişkinliklər meydana gəlib.
Mənsimovun qaraciyərində problemlər yaranıb və idrarından qan gəlir. O, əməliyyatdan sonra həkim nəzarətində qalmalı olduğu üçün həbsxanada olduğu günlərdə immun sistemi olduqca zəifləyib. Koronavirus pandemiyasının sürətlə yayılması səbəbilə orqanizmi infeksiyaya açıq olan Mənsimovun həyati təhlükəsi var.