- Baxış sayı: 16
- 29 Noyabr 2024 19:23
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun Türkiyədə həbs edilməsinin SOCAR ilə əlaqələndirilməsi, öncə açıqladığımız kimi, tam əsassız bir yalandır”. Allsport.az saytının “Futbol+” qəzetinə istinadən verdiyi məlumata görə, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin MGTV kanalına açıqlamasında bildirib. Sitat:
“Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə heç bir zaman müdaxilə cəhdimiz olmayıb və bunun mümkünlüyünə də inanmırıq. SOCAR Mübariz Mənsimovun özünün həbs edilməsinin marağında deyil və onun barəsində yaxın zamanda ədalətli hökm veriləcəyinə inanır”.
Dövlət rəsmisi xatırladıb ki, “Palmali” SOCAR qarşısında maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə, şirkət 2018-ci ildə qarşı tərəfə Londonda və Dubayda arbitraja başlayıb. Məqsəd “Palmali”nin SOCAR-a və dolayısı ilə Azərbaycan dövlətinə olan yüzmilyonlarla borc öhdəliklərinin qaytarılmasıdır:
“Ümid edirik ki, Türkiyə Cümhuriyyətinin hüquq-mühafizə orqanları Mübariz Mənsimov barəsində yaxın zamanda ədalətli qərar verəcək”. Açıqlamanı “5-ci qüvvət” proqramında kanalın aparıcısı Mustafa Gürbüz səsləndirib. Xatırladaq ki, Rövnəq Abdullayev eyni zamanda, AFFA və ACF-in prezidentidir. Mübariz Mənsimov isə, “Xəzər-Lənkəran” klubunun fəxri başqanıdır.