“Müqaviləmin son ilindən zövq almaq istəyirəm”

“Liverpul”un hücumçusu Məhəmməd Salah gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, misirli futbolçu yaxın vaxtlarda “Liverpul”la müqaviləsini yeniləmək fikrində deyil:

“Mövsüm başlamazdan əvvəl mən sadəcə dedim: Bir ilim qalıb, gəlin bundan həzz alaq və müqavilə haqqında düşünməyək. Gələn il və ya gələcək haqqında düşünmək istəmirəm, sadəcə müqaviləmin son ilindən zövq almaq istəyirəm. Ən əsası, hər dəfə bir gün yaşamaq və sadəcə burada olduğum üçün minnətdar olmalıyam”.

Həmin kateqoriyadan