- Baxış sayı: 26
- 17 Mart 2026 12:48
- Baxış sayı: 206
- Mart 16, 2026
- 0

PSJ-nin hücumçusu Osman Dembele çempionlar liqasının 1/8 finalında “Çelsi” ilə cavab oyunu öncəsi keçirilən mətbuat konfransında klubdakı gələcəyindən danışıb.
Allsport.az xəbər verir ki, 28 yaşlı fransalı vinger Paris klubu ilə 2028-ci ilə qədər olan müqaviləsini uzatmağa hazır olduğunu bildirib:
“Müqaviləni yeniləməmək üçün heç bir səbəb yoxdur, lakin qərarları mən vermirəm. Danışıqlar agentimlə klub arasında gedir. Mən karyeramın əvvəlindən bu proseslərə birbaşa müdaxilə etmirəm”.
“Qızıl top”un son sahibi olan Dembele cari mövsümdə 27 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.