Müstəqilliyin bərpası günü münasibəti ilə “N” saylı hərbi hissədə tədbir

Bu gün Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə “18 Oktyabr – Müstəqilliyin bərpası günü” münasibəti ilə müdafiə nazirliyinin “N” saylı hərbi hissəsində əsgər və zabit heyəti ilə görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, tədbirdə hərbi hissənin təlim-tərbiyə işləri üzrə komandir müavini mayor Mirdaməd Nağıyev, Qaradağ rayon gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, baş idarənin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov iştirak ediblər.

Görüş iştirakçıları əsgərlər və zabitlər qarşısında çıxış edərək, tədbirin əsas məqsədinin  əsgərlərə xoş ovqat bəxş etmək, yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət oldugunu söyləyiblər.

Sonra əsgər və zabitlər arasında “Breyn-ring” intelektual oyunu keçirilıb. Qalib komandalar baş idarə tərəfindən medal, fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Daha sonra incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı olub.

Vətənpərvərlik mahnılarının sədaları altında əsgərlər rəqs ediblər. Konsert proqramı tədbir iştirakçıları və əsgərlərə xoş ovqat gətirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish