- Baxış sayı: 19
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
“Çətin səfər oyunu olacağını bilirdik. Rəqibin yaxşı heyəti var. “Sabah” oyunu ilə seçilən komandadır. Meydanda istədiklərimizi edə bildik və layiqli qələbə qazandıq”.
Allsport.az xəbər verir ki, bu sözü “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Sabah”a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan premyer liqasının 3-cü tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, fasilədən sonra komandanın arxaya çəkilməsi taktiki gediş deyildi: “Komandanı müdafiədə saxlamaq tapşırığı verməmişdik. “Sabah”ın hücumda yaxşı oyunçuları var. Onları öz qapımızda qarşılamağa məcbur olduq. İkinci planımız əks hücumlar idi ki, bunu da yerinə yetirə bildik. Ötən mövsüm daha çox qol epizoduna girirdik, dəyərləndirə bilmirdik. İndi isə az epizoda girib, qol vura bilirik”.
Baxşıyev qarşısına konkret hədəf qoyulmadığını söyləyib: “Sırf Avropa liqasında gedək” deyə bir hədəf yoxdur. Bütün diqqətimiz növbəti oyundadır. Güclənməyə ehtiyacımız var. Hücumameyilli bir oyunçumuz da olsa, kifayətlənərik”.
Onun sözlərinə görə, “Qəbələ” baş məşqçiyə inam verir: “İstər mən olum, istər başqası, fərqi yoxdur. Biz özümüz də komandaya təzyiq etmirik. İstəyirik ki, onların yanaşmasını düzəldək. Aşılayaq ki, nə üçün meydana çıxırlar”.
Baxşıyev “Belə rahatlıq hansısa fəsadlara yol aça bilərmi” sualına qısa cavab verib: “Nə etmişik ki, rahat olaq?”
Asif Məmmədovun durumuna da toxunan baş məşqçi kapitanın zədəsinin ciddi olmadığını deyib: “O, bizim üçün önəmli futbolçudur. Hücumları bəzən Asifin üzərində qururuq. Onun davamçısı da gəlir – Emin Səfərov”.
Mütəxəssis yeni transfer Omar Hannini meydana gec buraxmasının səbəbini də açıqlayıb: “Hələ tam hazır deyil. 1 ay futbolsuz qalıb və cəmi 1 həftədir komanda ilə məşqlərə başlayıb. O, getdikcə daha yaxşı çıxış etməyə qadirdir”