- Baxış sayı: 39
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 790
- Mart 30, 2026
- 0

Almaniya 2-ci bundesliqasında 17-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Dmitri Nəzərovun çıxış etdiyi “Ersgebirge” klubu səfərdə “Osnabryuk”a 1:0 hesabı ilə qalib gəlib.
Dima start heyətdə meydana çıxıb və 89-cu dəqiqədə əvəzlənib. Nəzərov komandasının yeganə qolunun məhsuldar ötürməsini verib.
25 xalı olan Aue təmsilçisi 18 komanda arasında 7-ci pillədə qərarlaşıb.