- Baxış sayı: 15
- 09 Fevral 2026 17:57
- Baxış sayı: 178
- Fevral 08, 2026
- 0

“Turan Tovuz”un yeni uşaq akademiyasının direktoru müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, UEFA və FİFA-nın maliyyə dəstəyi, AFFA-nın təşkilatçılığı ilə fəaliyyət göstərəcək futbol mərkəzinə rəhbərlik Nadir Nəbiyevə tapşırılıb.
O, eyni zamanda klubun icraçı direktoru və Qərb regional futbol federasiyasının prezidenti vəzifələrini icra edir. Akademiyanın rəsmi açılışı sentyabrın 1-nə təyin olunub.
300-dən artıq uşaq və yeniyetməni bir araya gətirəcək məktəbin qurulmasıyla bağlı işlərə yaxın günlərdə start verilməsi planlaşdırılır.