Nağı Səfərov: Sevindirici haldır ki, qitə birinciliyində məhs bölgə taekvondoçuları da nəticə verib

Bu gün İspaniyanın Marina Dor şəhərində taekvondoçuların Avropa birinciliyində mükafat qazanan komanda üzvləri ilə görüş olub. Allsport.az saytı xəbər verir ki, yarışdan söz açan ATF-nın vitse-prezidentləri Nağı Səfərov ümumi çıxışından razı qaldığını, qitə birinciliyində yüksək nəticə qazanaraq ölkəmizin bayrağını ucaldıb taekvondo ailəsini sevindirdiyini qeyd edib:

“Sevindirici haldır ki, məhs bölgələrimizdən olan idmançılarımız da nəticə verib. Bu isə taekvondo idman növünün nəinki Bakı şəhərində hətta respublikanın digər rayon və şəhərlərində inkişaf etməsinin bariz nümunəsidir. Sizlər ilk addımlarınızı uğurla atdınız və ümidvarıq ki, gələcək yarışlarda da öz nailiyyətlərinizlə bizləri sevindirəcəksiniz. Hər birinizi, həm milli komandanın məqşçi heyətini, həm də şəxsi məşqçi-müəllimləri təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayıram”.

Digər şıxış edənlərdən baş katib Həmdiyyə Məmmədov, vitse-prezident Niyaməddin Paşayev və nəzarət-təftiş komissiyasının sədri Vüqar Məmmədov komandamızın üzvlərini təbrik edərək uğurlarının davamını arzuladılar.

Məşqçilərdən gənclərin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçilər Zahid Məmmədov, yenieytmələrin böyük məşqçi Sənan Həşimov, məşqçi-müəllimlərdən Rəşad MəmmədovVüqar Kərimov yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə taekvondo federasiyasının prezidenti Kəmaləddin Heydərova və bu nailiyyətlərdə əziyyəti olan digər şəxslərə öz minnətdarlığını bildirərək, gələcəkdə daha da yaxşı nəticələr uğrunda çalşacaqlarını qeyd ediblər.
Sonda idmançılara hədiyyələr təqdim edilib.



Həmin kateqoriyadan