Namaşkodan 25-ci quru oyun

“Keşlə”nin qapıçısı Stanislav Namaşko premyer liqada 25-ci quru oyununu keçirib. Allsport.az xəbər verir ki, yubiley 2020/21 mövsümünün ilk turuna təsadüf edib.

“Sumqayıt”la səfər matçında (1:0) qol buraxmayan moldovalı ölkə çempionatında 25-ci dəfə qapısını toxunulmaz saxlayıb. Namaşko buna 75-ci oyununda nail olub.

2014/15 mövsümündə AZAL-ın heyətində premyer liqada debüt edən qapıçı həmin çempionatda 3 quru oyun keçirib. Növbəti mövsümdə isə moldovalı 14 belə görüşün iştirakçısı olub. Ötən çempionat ölkəmizə qayıdan Namaşko “Keşlə”dəki debüt mövsümündə 7 matçda qapısını toxunulmaz saxlayıb. Stanislav Azərbaycan çempionatları tarixində 25 və daha çox quru matç keçirən 49-cu qapıçı olub.

Bu göstəricidə rekord Rauf Mehdiyevə məxsusdur. O, 137 quru oyun keçirib.

Həmin kateqoriyadan