Namiq Ələskərov: Meydana daxil olub dərhal qol vurduğum üçün çox şadam

“Neftçi”nin futbolçusu Namiq Ələskərov “Zirə” ilə oyunu dəyərləndirib. Allsport.az sayrı xəbər verir ki, yarımmüdafiəçi 4:2 hesablı qələbədə pay sahibi olduğu üçün sevincini gizlətməyib:

“Asan oyun olmadı. Meydana daxil olandan dərhal sonra, komandamızın üçüncü qolunu vurdum. Buna görə çox şadam. Bir az əvvəl qol buraxmışdıq.

Buna görə də oyunun tərzi dəyişməliydi. Bu mənada əvəzetmə yerinə düşdü. Əsas odur qələbə qazandıq. Sevinirəm ki, bunda mənim də payım oldu”.

Həmin kateqoriyadan