- Baxış sayı: 183
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 183
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin futbolçusu Namiq Ələsgərov premyer liqada 30-cu qolunu vurub. Allsport.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley topu XX tura təsadüf edib.
O, “Səbail”lə ev qarşılaşmasında (4:0) komandasının ilk qolunu vurub. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Ələsgərov 157-ci oyununda 30-a çatıb. O, 4 klubun heyətində fərqlənib. “Neftçi”də 24 qola sevinən yarımmüdafiəçi “Kəpəz”də 3, “Bakı”da 2, “Qarabağ”da 1 dəfə rəqib qapısına yol tapıb.
Namiq Azərbaycan çempionatları tarixinə 30 və daha çox qol vuran 93-cü futbolçu kimi düşüb. O, bu göstəricidə hərəyə 30 dəfə fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov və Valter Quqlemona çatıb.
Namiq ilk qolunu 2013/14 mövsümündə “Bakı”nın heyətində vurub. O, 2014-cü il martın 29-da “Simurq”la ev oyununda (2:1) fərqlənib.