Namiq Abdullayev: Gənc güləşçilərimizin Tokio-2020-də qızıl medal qazanacaqlarına inanıram

“Güləşçilərimizin Rio-2016-da çıxışını uğurlu hesab etmək olar. London oyunlarında 7 medal qazanan pəhləvanlarımız Braziliyada 9 mükafata sahib çıxdılar”. Allsport.az saytı xəbər verir ki, bu sözü AGF-in vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev Azərtac-a məxsusi müsahibəsində deyib. O, olimpiya Oyunlarında Avropa və dünya çempionatlarından fərqli olaraq sürprizlərin daha çox yaşandığını vurğulayıb:

“Güləşçilərimiz çalışdılar ki, qızıl medala sahib olsunlar. Mariya Stadnikin son saniyələrdə qızıl medalı əldən verməsi bizi çox təəssüfləndirdi. Xetaq Qazyumov da qızıl medala iddialı idi. Amerikalı güclü rəqibi ilə gərgin keçən final qarşılaşmasında məğlub olan Xetaq gümüş medalla kifayətlənməli oldu. Bu, idmandır, qələbə sevinci ilə yanaşı, məğlubiyyət hissi də olur. Buna baxmayaraq, hər iki güləşçimiz ardıcıl üç olimpiya oyunlarında mükafatçılar sırasında yer almağı bacardılar. Bu nailiyyət ölkəmizdə güləşin inkişafından xəbər verir”.

Hacı Əliyevin də Olimpiya qızılına iddialı olduğunu diqqətə çatdıran vitse-prezident bildirib ki, Cəbrayıl Həsənovun da böyük potensialı var idi. İnanıram ki, buraxılan səhvlər qarşıdakı yarışlarda, əsəsən də 2020-ci ildə Tokioda təşkil olunacaq 32-ci Yay Olimpiya Oyunlarında aradan qaldırılacaq. Onlar hələ cavandırlar və olimpiya oyunlarının qızıl medalı uğrunda mübarizə aparmaq iqtidarında olan güləşçilərdir. Azərbaycan xalqı Toğrul Əsgərovdan 2-qat olimpiya çempionluğu gözləyirdi. Təəssüf ki, onun zədələnməsi buna imkan vermədi. Buna baxmayaraq, Toğrulun qazandığı gümüş medal böyük nəticədir.

Həmin kateqoriyadan