- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
İtaliyanın “Napoli” klubunun ev oyunlarını keçirdiyi “Stadio San Paolo” stadionunun adı dəyişdirilib. Allsport.az saytı xəbər verir ki, idman qurğusu adı bir neçə gün əvvəl vəfat edən Dieqo Maradonanın xatirəsinə “Stadio Dieqo Armando Maradona” adlandırılıb.
Ulduz futbolçu 1984-1991-ci illərdə bu komandada çıxış edib. “Napoli” onun dönəmində 2 dəfə “A seriya”nın qalibi (1986/87, 1989/90), İtaliya kuboku (1986/87) və ölkə superkubokunu (1990) qazanıb.
1989-cu ildə Maradonalı “kiçik ulaqlar” UEFA kubonu sahib olub. Bu uğurların heç biri hələ təkrarlanmayıb.
Xatırladaq ki, argentinalı əfsanə noyabrın 25-də ürəktutmasından vəfat edib.