- Baxış sayı: 9
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Azərbaycanda olduğuma çox şadam. Bu, mənim üçün yeni təcrübədir. Bakı şəhəri həqiqətən də çox gözəldir. Yeməkləri dadlıdır və bizim yeməklərə oxşayır. Klubda məşqlər üçün əla şərait var”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Səbail”in yeni transferi Milovan Petrovik deyib.
“Bura gəlməzdən əvvəl “Vardar”da işləyən Toni Boqdanovski ilə məsləhətləşdim. Klub barədə ancaq pozitiv fkirlər bildirdi. Burada məni çox yaxşı qarşıladıqlarına görə hamıya təşəkkürümü bildirirəm. Hər kəs, xüsusilə də futbolçular tez adaptasiya olmağıma kömək etdilər. Komandanın mühiti əladır. Bilirəm ki, nəticələrimiz düzələndə atmosfer daha da yaxşı olacaq”, – legionçu əlavə edib.
31 yaşlı oyunçu premyer liqanın Şimali Makedoniya çempionatından güclü olduğunu söyləyib: “Çünki burada futbolun dinamikası və yaradılan şərait olduqca yaxşıdır. Xoşuma gələn amillərdən biri də hər xırda toxunuşa görə hakimlərin cərimə verməməsidir. Məni narahat edən yeganə məqam, Bakıda bu fəsildə küləyin güclü olmasıdır. Tezliklə havaların düzəlməyini istəyirəm (gülür). Yeməklər dadlıdır və bizimkilərə oxşayır”.
O, azarkeşlərin tezliklə tribunalara qayıtmasını arzuladığını bildirib: “Azarkeşsiz futbol olmaz. Onların tribunalara qayıtmağını çox istəyirəm. Qələbələri onlarla birgə qeyd etmək daha gözəldir. Fanatlara demək istəyirəm ki, özlərini qoruyub, sağlamlıqlarına diqqət etsinlər. Mən inanıram ki, yaxın zamanlarda biz görüşəcəyik”.
Petrovik “dənizçilər”lə mövsümün sonunadək müqavilə imzalayıb.