VİDEO
Natalya Prişepa: Mövsümün ilk ciddi sınağı yeniyetmələrin dünya birinciliyidir

Qadın ağırlıqqaldıranlardan ibarət yığmamız Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında təlim-məşq toplanışını gündə iki dəfə olmaqla edir, bununla yanaşı, fitnesslə də məşğul olurlar. Allsport.az saytı xəbər verir ki, komandanın durumu yaxşıdır. Bu barədə baş məşqçi Natalya Prişepa aaaf-az-a məlumat verib:

“Hazırda qızların məşqləri lazımi qaydada aparılır. Daha çox texnika üzərində işləyirik. Artım müşahidə edirəm. Qarşıda bizi yeniyetmələr və böyüklərin Azərbaycan çempionatı gözləyir. Ən vacib yarış isə aprelin əvvəlində Tailandda keçiriləcək yeniyetmələrin dünya birinciliyidir.

Bu yarış gələn il Argentinada təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli olduğundan, xüsusi əhəmiyyət daşıyır. Daha çox buna köklənmişik. Sonra bizi Bakıda keçiriləcək IV İslam Oyunları gözləyir. Hər iki yarışa ciddi hazırlaşırıq. Qızlarımızın bizi sevindirəcəyiniz düşünürük”.

Həmin kateqoriyadan