YENİLƏNİB
Natalya Sinişin bürünc medala sahib çıxdı

Rio oyunlarında qadın güləşçilərin mübarizəsi davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün yarışa xanım idmançımız – Natalya Sinişin (53 kq) qatılıb. Onun püşkdə heç bəxti gətirməyib. Təmsilçimiz 1/8 finalda əfsanəvi yapon güləşçi Saori Yoşida ilə qarşılaşıb. Rəqib son 3 olimpiadanın qalibi və 13-qat dünya çempionudur.

Bu görüş gözlənildiyi kimi, rəqibin xeyrinə bitib. Saori Yoşida öz çəkisində şəksiz lider olduğundan, onun finala çıxması inandırıcıdır. Belədə, təmsilçimiz təsəlliverici tutaşmalara qatılmaqla, bürün medal qazanmaq imkanı yaxalayacaq.

İlk görüşdə seneqallı həmkarını üstələyən güləşçimiz, növbəti mübarizədə venesuelalı Angelika Villegasla üz-üzə gəlib. Əzmkar qələbəyə yetişən təmsilçimiz, bürünc medala sahib çıxıb. Xatırladaq ki, qadın güləşində Mariya Stadnik (48 kq) 2-ci, Yuliya Ratkeviç (58 kq) 5-ci olub.

53 kq

Bürünc medal görüşü – Nataliya Sinişin – Betzabeth Angelica Arguello Villegas (VEN) 2:1
Təsəlliverici görüş – Nataliya Sinişin – İsabella Sambou (SEN) 4:0
1/8 final – Saori Yoşida (JPN) – Nataliya Sinişin 4:0

Həmin kateqoriyadan