- Baxış sayı: 26
- 13 Aprel 2026 12:09
- Baxış sayı: 42
- Aprel 13, 2026
- 0

Martın 27-də start götürən Azərbaycan birinciliyinin Naxçıvan zonası üzrə yarışları başa çatıb. Allsport.az saytı xəbər verir ki, 568 futbolçu 34 komandanın tərkibində meydana çıxıb. Muxtar respublikanı təmsil edən 14 hakimin idarə etdiyi 110 qarşılaşma 3 müxtəlif stadionda keçirilib.
Pley-off mərhələsinə vəsiqə verən U-13 liqasında “Araz-Naxçıvan”, U-14 liqasında isə təhsil nazirliyinin UGİM komandası birinci yeri tutub. Pley-off oyunları aprelin 20-də start götürəcək. Əvvəlki dövürlərdən fərqli olaraq builki yarışda “C” kateqoriyası əldə etmiş məşqçilərin hazırladığı komandalar gərgin mübarizə aparıb və oyunlar yerli TV və mətbuat vaistəsiylə geniş işıqlandırılıb. Oyunlarda seçilən futbolçuların çıxışı seleksiyaçı-məşqçilər tərəfindən diqqətdə saxlanılıb, onlar haqda müvafiq məlumatlar toplanıb.
Sonda Naxçıvan futbol federasiyası oyunların yüksək səviyyədə təşkili və keçirilməsinə dəstək olduğuna görə, AFFA-ya, Naxçıvan MR təhsil nazirlyinə, Naxçıvan MR daxili işlər nazirliyinə, Naxçıvan MR səhiyyə nazirliyinə, Naxçıvan MR GİN-nə təşəkkürünü bildirib, qalib komandalara müvafiq olaraq diplomlar təqdim olunub.