- Baxış sayı: 17
- 28 Noyabr 2024 17:21
- Baxış sayı: 76
- Noyabr 28, 2024
- 0
Yeni yaradılan Azərbaycan futbol ictimaiyyətinin azad həmkarlar ittifaqının sədri Nazim Süleymanov Əfqan Talıbovla birlikdə Gəncədə futbol ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, bu barədə qol.az-a ülnü futbolçunun özü məlumat verib. Onun sözünə görə, Gəncə futbolunun tanınmış nümayəndələri – Vidadi Rzayev, Tofiq Məmmədov, Fazil Pərvərov, Rövşən Əhmədov, Cavid Əhmədov, Firuz Qulami, Xaliq Qafarov, Həsən Abdullayevin iştirak etdiyi görüşdə təşkilatın fəaliyyət prinsipləri barədə məlumat verilib:
“Azərbaycan futbolunda böyük xidmətləri olan bu şəxslərin fikir və təkliflərini öyrənmək bizim üçün olduqca vacib idi. Təşkilatın əsas məqsədi Azərbaycan futbolunun inkişafına xidmət etmək, hüququ pozulan hər bir futbol adamının yanında olmaqdır. Bu şəxslərin fikirləri təşkilatın strukturunun qurulması, iş fəaliyyətinin formalaşması yönündə bizim üçün dəyərli məqamlardır. Sözsüz, onların hər birinin təklif və iradları nəzərə alınacaq”.
Nazim Süleymanov belə görüşlərin Azərbaycanın bütün regionlarında təşkil ediləcəyini bildirib: “Çalışacağıq ki, Azərbaycan futbolunda xidmətləri olan, bu sahəyə aid olan hər bir şəxsin fikrini alaq, təklifini dinləyək. Bizim təşkilata üzvlük könüllülük əsasındadır. Heç kimi bura məcbur üzv qəbul edə bilmərik. Ancaq məqsədimiz odur ki, təşkilatımıza üzv olmayanların da yanında olaq, hüquqları pozulacağı təqdirdə, onların da müdafiəsində dura bilək. Azərbaycan futbol ictimaiyyətinin müzakirələr aparmaq, təklif və iradlarını bildirmək, futbolun inkişafına töhfə vermək üçün hansısa bir birliyə, təşkilata ehtiyacı var”.