- Baxış sayı: 82
- 23 Yanvar 2026 20:32
- Baxış sayı: 182
- Fevral 04, 2026
- 0

Yanvarın 28-də gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan kamandan oxatma federasiyasının fəaliyyəti ilə tanış olub, yığma komandanın məşq bazası ilə maraqlanıb. Allsport.az saytı xəbər verir ki, AKOF-in baş katibi Murad İsfəndiyarov indiyədək görülən işlər və qarşıdakı planlar barədə məlumat verib.
Millinin baş məşqçisi Natiq Fazilov komanda üzvləri barədə məlumat verərək bildiirb ki, həftə sonları 30-dək idmançının məşq etdiyi bazanın şəraiti standartlara cavab vermədiyi üçün komanda üçün daha yaxşı şəraitin yaradılmasına ehtiyac var.
Yeniyetmə və gənc idmançılarla söhbət edən Fərid Qayıbov onların məşqlərini izləyib və problemləri ilə maraqlanıb. Qeyd olunub ki, hazırda idmançıların əsas hədəfi 5-ci İslam Həmrəyliyi Oyunlarına hazırlıqdır.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.