- Baxış sayı: 162
- 26 Mart 2026 22:00
- Baxış sayı: 107
- Aprel 02, 2026
- 0

Aprelin 2-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.
Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil olunan görüş dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ardınca “Azərbaycan əməkdar idman ustası”, “Azərbaycan respublikasının idman ustası” dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.
Daha sonra idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir Fərid Qayıbov çıxışında bildirib ki, mart ərzində dövlət himnimiz 12 ölkədə səsləndirilib. Bu ay idmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.
Beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.