Nazirlik şəhid və qazi övladlarını unutmadı

Martın 7-də “İdman həftəsi” çərçivəsində şəhid və qazi övladları arasında qolf yarışı təşkil edilib.

Allsport.az xəbər verir ki, gənclər və idman nazirliyi, Azərbaycan qolf federasiyasının təşkilatçılığı ilə “Dreamland” qolf klubunda baş tutan tədbirdə uşaqlar öz bacarıqlarını nümayiş etdirmək üçün böyük həvəs və coşqu ilə yarışıblar.

Uzaq vuruşda İbrahim Əhmədli ilk pillədə qərarlaşıb. İkinci yeri Ömər İsmayılzadə, üçüncü yeri Aysel Ramazanlı tutublar. Hədəfə ən yaxın zərbə üzrə Həmid Əhmədli birinci, Ömər İsmayılzadə ikinci, Ayaz Ramazanlı isə üçüncü yerə layiq görülüblər.

Həmin kateqoriyadan