- Baxış sayı: 52
- 05 Fevral 2026 18:46
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0
Birinci divizionda ikinci dövrənin hazırlıqlarını davam etdirən “Neftçala” və “Şuşa” yoхlama oyunu keçirib. Allsport.az хəbər verir ki, qarşılaşma Kamal Quliyevin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, aşağı dəstənin lideri olan “Neftçala” 16-cı turda “Energetik”in, 5-ci pillədə qərarlaşan “Şuşa” isə “Rəvan”ın qonağı olacaq. Hər iki oyun fevralın 20-də baş tutacaq.