- Baxış sayı: 30
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 784
- Mart 30, 2026
- 0

“Neftçi” baş məşqçisi Roberto Bordinlə yolu ayıra bilər. Allsport.az saytı xəbər verir ki, bu barədə futbol agenti Erkin İbrahimov sosial şəbəkə hesabında məlumat verib:
“Bordinı axır ki yola salırlar. Namizədlər arasında vaxtı ilə avrokuboklarda “Qarabağ”ı keçən mütəxəssislər da var: Tomas Doll (APOEL) və Aleksey Baqa (BATE). Hər iki məşqçi hazırda işsizdir”.
Roberto Bordin ötən mövsümdən “Neftçi”ni çalışdırır və müqaviləsi bi mövsüm sona yetir. Aleksey Baqa 2011-2018-ci illərdə BATE-də işləyib. Tomas Doll isə bu mövsüm APOEL-də qısa müddət çalışıb. Hər 2 klub avrokubokda “Qarabağ”ı sıradan çıxarıb.