- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

Türkiyənin “Qalatasaray” klubu yeni transferini açıqlayıb.
Allsport.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Əskişəhərspor”un sağ cinah oyunçusu Jesse Sekidikanı heyətinə cəlb edib. 23 yaşlı futbolçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. O, “sarı-qırmızılar”da 28 nömrəli forma altında çıxış edəcək.
Sekidika ötən ilin qışında Antalya toplanışı zamanı “Neftçi”də baxışda olsa da, Roberto Bordinin rəhbərlik etdiyi məşqçilər korpusu onun hazırlığından narazı qaldığı üçün komandaya götürməmişdi.