- Baxış sayı: 166
- 04 Aprel 2025 19:29
- Baxış sayı: 65
- Aprel 04, 2025
- 0
Klubların futbol akademiyalarının (KFA) turnirinə yekun vurulub. Allsport.az xəbər verir ki, “Neftçi”nin U-11 komandası 7 klubun mübarizə apardığı və bir dövrədən ibarət olan 11 yaşadək futbolçuların yarışında çempion olub.
Baş məşqçi Vaqif Əliyevin yetirmələri keçirdiyi son oyunda da uğurlu nəticə göstərib. “Qarabağ”la heç-heçə edən (3:3) komanda AZAL-ı 10:1, “Sumqayıt”ı isə 2:1 hesabı ilə məğlub edib. 16 xalla turnirin qalibi olan “Neftçi” bundan əvvəlki oyunlarda “Qəbələ” (3:2), “Rəvan” (3:0) və “Bakı” (3:1) üzərində qələbə qazanmışdı.