“Neftçi idman klubu”nun üzvlərindən Tokio paralimpiadasında 2 qızıl və 1 bürünc medal!

Tokio-2020 yay paralimpiya oyunlarında paracüdo yarışlarına start verilib. Allsport.az saytı xəbər verir ki, ilk gündə Azərbaycan millisinin 4 paralimpiyaçısı mübarizəyə qoşulub.

“Neftçi idman klubu”nun üzvləri günü yüksək ovqatla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) komandamıza ilk qızıl medalı qazandırıb. Ardınca Vüqar Şirinli (60 kq) finalda qələbə sevinci yaşayıb. Namiq Abbaslı (66 kq) bürünclə kifayətlənib.

Bununla da, Tokio-2020-də Azərbaycanın qazandığı medal sayı 5-ə çatıb. Paracüdoçulardan öncə, üzgüçü Roman Saleh (100 m, arxası üstə üzmə) 1-ci, pauerliftinqçi Pərvin Məmmədov (49 kq) 3-cü yeri tutub.

Həmin kateqoriyadan

azenrutr