- Baxış sayı: 24
- 14 Dekabr 2025 23:03
- Baxış sayı: 161
- Dekabr 14, 2025
- 0

Allsport.az xəbər verir ki, “Neftçi” mövsümlərarası dönəmdə ilk transferini rəsmiləşdirib. Paytaxt təmsilçisinin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə 2 illik müqavilə bağlanıb. 29 yaşlı qapıçı komandanın heyətində 12 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Səbail” (2017-2018, 2022-2023) olan Emil “Neftçi”dən başqa (2011-2014) “Sumqayıt” (2011-2012), “Araz Naxçıvan” (2013-2014), “Ayntraxt” (Frankfurt, Almaniya; 2015-2016), “Qarabağ” (2016-2017, 2020-2022), “Tobol” (Qazaxıstan; 2019), “Zirə” (2020), “Turan” (Qazaxıstan; 2022) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2013, 2020) və kubokunun (2013) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (2019).
Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.