- Baxış sayı: 27
- 01 Aprel 2026 13:21
- Baxış sayı: 806
- Mart 30, 2026
- 0

“Neftçi” heyətinə yeni hücumçu cəlb edib. Allsport.az xəbər verir ki, “ağ-qaralar” Belçikanın “Bersxot” klubunun futbolçusu Prins İbara ilə anlaşıb.
24 yaşlı futbolçu paytaxt klubunda 1 il icarə əsasında oynayacaq. İbara karyerası ərzində Qabon, Qətər, Tunis, Əlcəzair klublarında da çıxış edib. Konqolu hücumçu 2019-cu ildən “Bersxot”da çıxış edir.
Prins peşəkar karyerasında keçirdiyi 70 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.