- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Azərbaycan çempionatları tarixinin ümumi cədvəlində 60 komanda yer alıb. Allsport.az saytı xəbər verir ki, qələbəyə görə 3 xal prinsipi ilə tərtib olunan siyahıya 1992-ci ildən keçirilən bütün turnirlərin iştirakçısı olan “Neftçi” və “Qarabağ” başçılıq edirlər.
Bir oyun çox keçirən flaqman 2 xal öndədir. “Ağ-qaralar” qələbə və vurulan qol sayında da üstün olsa da, Ağdam təmsilçisi məğlubiyyət və buraxılan qolların azlığında əsas rəqibindən öndədir. İlk “üçlüy”ü ölkə çempionatında müxtəlif adlar altında çıxış etmiş “Keşlə” qapayır.
“Kəpəz”in 4-cü, “Turan”ın 5-ci olduğu cədvəldə bir çox komandalar dəfələrlə adlarını dəyişib. Belə klublar sonuncu adı ilə göstərilib. Texniki nəticələrin top fərqində qeydə alınmadığı siyahıda 1 komanda – Nəvai təmsilçisi “Gənclik” bütün matçlarda məğlubiyyət alıb.