“Neftçi” qalib gəldi, Honda 2 dəfə fərqləndi

Premyer liqada yaranan fasilədən istifadə edən “Neftçi” bu gün yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” öz meydanında U-21-lə qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisinin yeni transferi Keysuke Honda komandada ilk qolunu vurub. O, penaltidən fərqlənib. “Neftçi”nin digər qollarını Mirabdulla Abbasov və Sabir Buqrin vurublar. Buqrinə qol ötürməsini də “Neftçi”nin yeni futbolçusu verib. U-21 millidə Musa Qurbanlı fərqlənib.

U-21 yığması bundan əvvəl keçirdiyi yoxlama görüşündə “Qarabağ”a 4:2 hesabı ilə qalib gəlib.

Həmin kateqoriyadan