“Neftçi” rəsmisidən 1000 manat yardım

“Neftçi”nin idman direktoru Ceyhun Sultanov koronavirusla mübarizəyə dəstək fonduna ianə ayırıb. Allsport.az xəbər verir ki, 40 yaşlı funksioner ölkə prezidentinin yaratdığı fondun hesabına 1000 manat köçürüb.

O, bunu fiziki şəxs kimi reallaşdırıb.

Futbol camiəsində daha öncə fonda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 20 min, komandanın futbolçuları isə ümumilikdə 50 min manat ayırmışdı.

Həmin kateqoriyadan