“Neftçi” Stiven Monrozu da heyətə qatır

“Neftçi” “Qəbələ”nin daha bir liderini sıraların qatır. Allsport.az saytı xəbər verir ki, Stiven Jozef-Monroz yeni mövsümdən paytaxt klubunun formasını geyəcək. Ötən yay Baqali Dabonu Bakıya gətirən “Neftçi”nin yanılmadığı aydın oldu. İllik 250 min dollar maaş alan fransalı hazırda bombardirdi və komandasının zirvədə qərarlaşmasında əsas pay sahibidi. Sınanmış, özünü sübut etmiş futbolçuların transferinə üstünlük verən bakılılar bu səbəbdən indi də Monrozla danışıqlar aparır. 

Dario Federikonun gedişindən sonra sanballı cinah oyunçusu axtaran “Neftçi” qışda heyətinə qata bilmədiyi Stivenlə indi anlaşıb. Yayda “Qəbələ” ilə müqaviləsi başa çatdığından, Monrozla danışıqlara başlanmasında qəbahət yoxdu. Bunu fürsət bilən liderin nümayəndələri də fransızla təmasa keçib. 

Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, artıq razılıq əldə olunub. Hazırda müqavilənin son detalları dəqiqləşdirilir. Monroz da “Neftçi”dən 200-250 min dollar aralığında maaş alacaq.

Həmin kateqoriyadan