- Baxış sayı: 8
- 10 Mart 2026 15:26
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, Ukrayna futbol federasiyası (UFF), “Neftçi”, “Srvena Zvezda” və “Fənərbağça”nın Sankt-Peterburqda keçirilən Pari premyer kubokunda iştirakını tənqid edib.
UFF-in yaydığı bəyanat belədir:
“Biz dəfələrlə Rusiya ərazisində keçirilən turnirlərlə bağlı UEFA və FİFA-ya müraciət etmişik.
Bir daha Avropa və dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada keçirilən futbol yarışları həmişə yerli rejimin təbliğat vasitəsi kimi istifadə olunub”.
UFF UEFA-ya “Neftçi”, “Fənərbağça” və “Svera Zverda”nın turnirdən kənarlaşdırılması üçün müraciət edib.