- Baxış sayı: 17
- 31 Mart 2026 13:03
- Baxış sayı: 638
- Mart 30, 2026
- 0

Topaz premyer liqasında 23-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarış cədvəlinin öncülləri növbəti qələbələrini qazanıblar.
“Neftçi” həmişə çətinliklə üzləşdiyi “Zirə”yə bu dəfə üstün şəkildə qalib gəlib (4:2).
Son illərin dəyişməz çempionu “Qarabağ” çətin Qəbələ səfərindən 3 xalla dönüb. “Köhlən atlılar” bu rayonun eyniadlı komandasını 2:1 məyus edib.
Autsayderlərin görüşündə “Sumqayıt” qalib gələrək “Keşlə”ni son pilləyə yuvarladıb (2:1).
“Sabah” öz meydanında avrokuboklara iddialı “Səbail”i 3:1 yenməklə qara zolaqdan çıxıb.