- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 172
- Fevral 06, 2026
- 0

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, premyer liqanın 3-cü turunda baş verən neqativ hallara hüquqi qiymət verilib.
Əzəli rəqiblər “Neftçi” və “Qarabağ”ın (1:2) duelində 4 futbolçusu sarı vərəqə alan birincilər 800 manat cərimə olunub. Bundan başqa hər 2 kluba ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi barədə xəbərdarlıq edilib.
“Sabah” – “Qəbələ” (0:2) matçında isə ev sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.