- Baxış sayı: 13
- 01 Aprel 2026 10:38
- Baxış sayı: 797
- Mart 30, 2026
- 0
“Neftçi”nin idman direktoru Ceyhun Sultanov və baş məşqçi Füzuli Məmmədov premyer liqanın son turunda “Qarabağ”la oyundan (0:6) sonra istefa veriblər.
Allsport.az saytı xəbər verir ki, onlar klub rəhbərliyinə müraciət edib və onların istefa ərizəsi qəbul olunub. Adı 2-ci çəkilən mütəxəssis 2018-ci ilin yayından “ağ-qaralar”da çalışırdı.
O, əvvəlcə Roberto Bordinin köməkçisi, italiyalının qış fasiləsində istefaya göndərilməsindən sonra, onun yerinə baş məşqçi vəzifəsinə gətirilmişdi.