- Baxış sayı: 32
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 786
- Mart 30, 2026
- 0

“Neftçi” 3-günlük fasiləyə son qoyub.
Allsport.az saytı xəbər verir ki, komanda bu gün “İsmət Qayıbov”da məşqə çıxıb. Əsasən toplu çalışmalardan ibarət olan hazırlıqda yığmaya yollanmış, eləcə də müxtəlif səbəblərdən icazəli olan futbolçular iştirak etməyiblər.
Yeni transferimiz Keysuke Honda isə fərdi məşqlə kifayətlənib. “Neftçi” növbəti rəsmi oyununu aprelin 4-də keçirəcək. Premyer liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.