- Baxış sayı: 192
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 192
- Dekabr 05, 2025
- 0

“Neftçi” daha bir əcnəbu futbolçunu transfer edib. Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrin ilə 2 il müddətinə müqavilə bağlayıb.
24 yaşlı futbolçu “ağ-qaralar”da 29 nömrəli formanı geyinəcək.
Sabir Buqrin Belçikanın “Lyers” (2014-2018; 82 oyun, 3 qol), Fransanın “Paris” (2018-2019; 4 oyun) və Lüksemburqun “Dudelanj” (2019-2020; 20 oyun, 2 qol) klublarında oynayıb.