“Neftçi”də məşqçi heyəti ilə görüş


“Neftçi”nin rəhbərliyi ilə futbol akademiyasının məşqçi heyəti arasında görüş keçirilib.

Allsport.az xəbər verir ki, görüşdə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, idman direktoru Yens Andersson, Futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və “A” komandanın baş məşqçisi Roman Qriqorçuk ilə futbol akademiyasının məşqçi heyəti arasında tanışlıq xarakterli görüş keçirilib. “Neftçi” futbol mərkəzində baş tutan tədbirdə uşaq futbolu, infrastruktur və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Sonda “Neftçi” futbol akademiyasının komandalarına yeni mövsümdə uğurlar arzulanıb.

Həmin kateqoriyadan