- Baxış sayı: 21
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 143
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 2019/20 mövsümündə 4 futbolçu qolçu tituluna yiyələnib. Allsport.az xəbər verir ki, bunlar Baqali Dabo, Stiven Monroz (hər ikisi “Neftçi”), Peyman Babayi (“Sumqayıt”) və Mahir Əmrəlidir (“Qarabağ”).
Onlar hərəyə 7 qol vurub. Bu, ilk belə hadisədir ki, bombardir adına 4 şərik olur.
Baqali Dabo və Mahir Əmrəli ikinci dəfə belə uğura imza atmaqla Zaur Ramazanova çatıblar. Bu göstəricidə rekord 3 dəfə bombardir olan Nazim Əliyevə məxsusdur.
İndiyədək ən çox futbolçusu bombardir olan klub “Neftçi”dir. Paytaxt təmsilçisinin bombardir olan oyunçularının sayı 7-yə çatıb. Cari mövsümədək bakılılarla şərik olan “Qarabağ”da bu rəqəm 6-dır. Babayi “Sumqayıt”ın tarixinə titul qazanan ilk oyunçu kimi düşüb.