- Baxış sayı: 10
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Neftçi” Azərbaycan çempionatları tarixində 800-cü ev qolunu vurub. Bu, premyer liqanın XVI turuna təsadüf edib. Allsport.az xəbər verir ki, “Qəbələ” ilə matçdakı yeganə topun müəllifi Emin Mahmudov yubiley qoluna imza atıb.
Bu qarşılaşmayadak keçirdiyi 400 görüşdə “ağ-qaralar” 799 dəfə fərqlənmişdi.
800-cü qoluna 401-ci matçda imza atan bakılıların orta məhsuldarlığı 1,995-ə bərabərdir. “Neftçi” 1992-ci ildən təşkil olunan yarışın tarixində öz meydanında ən çox qol vuran komandadır.
Paytaxt təmsilçisinin ilk ev qolunun müəllifi Yunis Hüseynov olub. O, 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə ev qarşılaşmasında (1:0) həlledici qola imza atıb.