- Baxış sayı: 21
- 31 Mart 2026 13:31
- Baxış sayı: 659
- Mart 30, 2026
- 0

“Neftçi”nin sabiq futbolçusu Bruno Teluşi özünə yeni komanda tapıb.
Allsport.az xəbər verir ki, ötən mövsümün sonunda “ağ-qaralar”dan ayrılan albaniyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirəcək.
31 yaşlı oyunçu “Eqnatiya” ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti və detalları açıqlanmayıb.
Ötən ilin oktyabrında “Neftçi”yə keçən Bruno Teluşi flaqmanın heyətində 9 oyunda meydanda olub.