- Baxış sayı: 14
- 29 Noyabr 2024 19:23
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Türkiyənin “Rizəspor” klubunun prezidenti Həsən Qartal adı “Fənərbağça” ilə hallanan Dario Melnyak ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, klub rəhbəri “TRT Spor”a açıqlamasında xorvat müdafiəçi üçün İstanbul təmsilçisindən təklif almadıqlarını söyləyib:
“Melnyak üçün “Fənərbağça”dan rəsmi və ya qeyri-rəsmi təklif almamışıq. Ancaq “Fənərbağça”nın azarkeşləri sosial şəbəkədə mənə çox mesaj yazırlar. “Başqan, Melnyakı bizə göndər”, – yazırlar. İndiki planlarımıza görə, Melnyakla davam etməliyik”.
Melnyak 2016-cı ildə Belçikanın “Lokeren” klubundan “Neftçi”yə 1 illik icarəyə verilmişdi. “Ağ-qaralar”da 10 oyun keçirən Xorvatiya millisinin üzvü ilə müqavilə 6 ay sonra xitam verilmişdi.
27 yaşlı oyunçunun “Rizəspor”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.