- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 793
- Mart 30, 2026
- 0

“Neftçi” mövsümdə ilk böyük hesablı qələbəsini qazanıb. Allsport.az saytı xəbər verir ki, bu, premyer liqanın 10-cu turunda “Qəbələ” ilə matçına təsadüf edib. Səfər görüşünədək bütün qələbələri bir top fərqi ilə (iki dəfə 1:0, iki dəfə 2:1) olan “ağ-qaralar” 4:1 hesabına sevinib.
Bununla da bayraqdarın böyük hesablı qələbə qazandığı mövsümlərin sayı 28-ə çatıb. Yalnız 2015/16 mövsümündə belə nəticəsi olmayan paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur.
Ümumilikdə, 128-ci dəfə 3 və ya daha çox top fərqi ilə qalib gələn “Neftçi” bu göstəricidə də rekorda sahibdir.