- Baxış sayı: 33
- 15 Mart 2026 22:10
- Baxış sayı: 258
- Mart 13, 2026
- 0

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub premyer liqanın XXIV turunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə udduqları oyundan sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, ukraynalı mütəxəssis qələbəni belə şərh edib:
“İlk növbədə azarkeşlərimizə təşəkkür edirəm ki, onlar hər bir matçda bizə dəstək verirlər. Komandamız da ürəklə oynadı ki, azarkeşlər zövq alsınlar. Bu gün hakimlik lazımi səviyyədə idi. Əgər hər bir matç bu cür hakimliklə davam edərsə, hər şey super olacaq. “Qəbələ” məğlub olsa da, maraqlı komandadır. Qəbələdə çox gözəl futbol mərkəzi var. Çox şadam ki, Azərbaycanda futbol inkişaf edir. “Neftçi”nin avrokuboklara vəsiqə qazanmasını çox istəyirik. Bunun üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik”