- Baxış sayı: 46
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Premyer liqasının 13-cü turu “Neftçi”nin futbolçusu Namiq Ələsgərov üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirib.
Yubiley “Sabah”la səfər qarşılaşmasında (2:0) gerçəkləşib. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Namiq yubileyində dubla qol sayını 24-ə çatdırıb.
O, 4 klubda çıxış edib. “Bakı”da 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 91 (18 qol) oyun keçirib.