- Baxış sayı: 205
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 205
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin ukraynalı futbolçusu Kiril Petrov “Sumqayıt”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçına da çıxmayacaq.
Allsport.az xəbər verir ki, Petrova vacib oyun öncəsi icazə verilib. Buna səbəb onun ailəsindəki problemdir. Xanımı xərçəngə tutulduğu üçün 29 yaşlı müdafiəçi rəhbərlikdən icazə alıb.
Futbolçunun həyat yoldaşının müalicəsi davam edir. Onun vəziyyəti ağırdır.