“Neftçi”nin hədəfində olan hücumçu sevgilisini küçədə döydüyü üçün həbs edildi

Albaniyanın “Partizani” klubundan ayrılan Teofilus Solomon vətəni Nigeriyada həbs olunub. Allsport.az “Panorama Sport”a istinadən xəbər verir ki, buna 25 yaşlı forvardın küçədə sevgilisi ilə mübahisə etməsi və onu döyməsi səbəb olub. Afrikalı forvard həmçinin 300 000 avro məbləğində cərimələnib.

Bir neçə gündür həbsxanada olan oyunçu apellyasiya şikayəti verib. Məhkəmə Solomonun şikayətini qismən təmin edib. Futbolçu təzminatı ödədikdən sonra ev dustaqlığına buraxılacaq.

Teofilus Solomonun adı qış fasiləsində “Neftçi” ilə hallanırdı.

Həmin kateqoriyadan